Modern.az

ETTELAAT-ın əməkdaşları azərbaycanlı fəalın evinə hücum edib - FOTO

ETTELAAT-ın əməkdaşları azərbaycanlı fəalın evinə hücum edib - FOTO

Aktual

20 Aprel 2023, 12:13

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) agentləri milli fəal Kərim Xəlilinin Təbrizin Heydərabad məhəlləsindəki evinə basqın ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

 

Məmurlar onun şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər.

 

Xatırladaq ki, Kərim Xəlili İranın təhlükəsizlik agentləri tərəfindən dəfələrlə həbs olunaraq işgəncələrə məruz qalan azərbaycanlı milli fəal Aşıq Cəbrayıl Xəlilinin qardaşıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et