Modern.az

AKP-nin binasına hücum edən şəxs tutuldu - YENİLƏNİB 

AKP-nin binasına hücum edən şəxs tutuldu - YENİLƏNİB 

Aktual

21 Aprel 2023, 00:58

Adanada AKP-nun rayon binasına edilən silahlı hücumla bağlı Prokurorluq orqanları tərəfindən istintaq başladılıb.

 

Modern.az ​​​​​​xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.

 

O, bu hücumu qınayıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını qeyd edib.

 

***

18:36

Türkiyənin Adana vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) binasına silahlı hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

 

Çukurova bölgəsində baş verən hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

 

"Çukurova binamıza silahlı hücumu qınayırıq. İnanırıq ki, günahkar ən qısa zamanda tapılacaq", - partiyanın sədr müavini Erkan Kandemir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et