Türkiyənin Qara dənizdə yerləşən qaz yatağından çıxarılan qaz ilk dəfə quruya çatdırılıb.
Modern.az xəbər verir ki, bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə xüsusi mərasim keçirilib.
Ərdoğan bu hadisəni "ölkənin enerji müstəqilliyi yolunda tarixi addım" adlandırıb. O qeyd edib ki, yataqda 320 milyard kubmetr ehtiyat var. Sonra əlavə qazmalarla bu rəqəm 405 milyard kubmetrə yüksəlib.
"Bununla da, Qara dənizdəki qaz ehtiyatımız 710 milyard kubmetrə çatıb", - Ərdoğan deyib.
Xatırladaq ki, Qara dənizdə qaz yatağı ilk dəfə 2020-ci ildə aşkar edilib.