Azərbaycan məscidlərində Ramazan münasibətilə bayram namazı qılınıb.
Modern.az xəbər verir ki, bu gün saat 08:00-da Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində namaz qılınıb.
Təzə Pir məscidində isə namaz saat 09:00-da qılınıb.
Qeyd edək ki, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.