Modern.az

Beyləqanda narkotik əməliyyatı

Beyləqanda narkotik əməliyyatı

Aktual

21 Aprel 2023, 14:04

Beyləqan rayon sakinindən və onun avtomobilindən 1 kq-dan çox metamfetamin aşkarlanıb.

 

Bu barədə Modern.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Beyləqan rayon sakini İ.Əsgərovdan 4 qrama yaxın metamfetamin aşkar edilib.

 

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı isə 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et