Modern.az

Kılıçdaroğlunun ziyarəti qəzəbə səbəb oldu: “Fatihə oxuya bilmir” - (VİDEO)

Kılıçdaroğlunun ziyarəti qəzəbə səbəb oldu: “Fatihə oxuya bilmir” - (VİDEO)

Aktual

21 Aprel 2023, 17:24

Türkiyə prezidentliyinə namizəd, CHP lideri Kemal Kılıçdaroğlu bu gün zəlzələ bölgəsinə baş çəkib.

 

Modern.az xəbər verir ki, Adıyaman bölgəsində zəlzələ qurbanlarının dəfn edildiyi qəbiristanlığı ziyarət edən zamanı bir nəfər yüksək səslə ona qəzəbini ifadə edib.

 

Vətəndaş CHP liderinin qəbiristanlığa baş çəkməsinə etiraz edib və onun Fatihə surəsini bilmədiyini deyib.

 

"Bu adam Fatihə oxumağı bilmir, niyə Fatihə oxudursunuz?", - deyə etirazçı vətəndaş qeyd edib.

 

Kılıçdaroğlu özünün sosial media hesabında hadisə ilə bağlı paylaşım edib və qəbiristanlıqda acısını yaşayan adamı başa düşdüyünü bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et