Modern.az

Dənizlərdə suyun səviyyəsi 2 dəfə ARTIB

Dənizlərdə suyun səviyyəsi 2 dəfə ARTIB

Aktual

21 Aprel 2023, 20:17

Dünyada qlobal dəniz səviyyəsi 2013-2022-ci illər arasında 4.62 mm artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının hesabatında bildirilib.

 

Qeyd olunub ki, bu, 1993-2002-ci illərlə müqayisədə 2 dəfə çoxdur. Ekspertlər dəniz səviyyəsinin artmasının davam edəcəyini deyib.

 

Xatırladaq ki, qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi sürətlənib və dənizlərdə suyun səviyyəsi artıb. Dəniz səviyyəsinin artması Tuvalu adası kimi bir çox okean ölkələrinin yox olmasına səbəb ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et