Modern.az

Kömür mədənində partlayış - 7 nəfər öldü

Kömür mədənində partlayış - 7 nəfər öldü

Aktual

22 Aprel 2023, 09:31

Kolumbiyada mədəndə baş vermiş partlayışda ölənlərin sayı 7 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər Cucunuba bələdiyyəsində kömür mədənində baş vermiş partlayışdan sonra itkin düşən 4 şaxtaçının cəsədini tapıblar.

 

Daha əvvəl 3 nəfərin öldüyü və 4 nəfərin itkin düşdüyü bildirilirdi.

 

İlkin məlumata görə, cümə axşamı baş verən partlayışa səbəb qaz yığılması olub. Hadisə baş verən zaman içəridə 11 mədənçinin olduğu deyilir.

Twitter
Sizə yeni tvit var
Keçid et