Modern.az

Beynəlxalq Yer Günündə planetimizə sərmayə qoyaq!

Beynəlxalq Yer Günündə planetimizə sərmayə qoyaq!

Aktual

22 Aprel 2023, 10:28

22 Aprel - Beynəlxalq Yer Gününün keçirilmə ənənəsi XIX əsrin ikinci yarısına təsadüf edir.

 

Modern.az xəbər verir ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.

 

Beynəlxalq Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak edir, ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir.

 

Hər il bir deviz altında keçirilən təqvim bu il “Planetimizə sərmayə qoyun” şüarı ilə qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et