Modern.az

Bu gün Azərbaycan Kubokunda ilk finalçı bəlli olacaq

Bu gün Azərbaycan Kubokunda ilk finalçı bəlli olacaq

Aktual

26 Aprel 2023, 08:40

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Modern.az xəbər verir ki, ilk finalçı “Neftçi” ilə “Turan Tovuz”un duelində müəyyənləşəcək. Tovuzdakı oyunda 0:1 hesabı ilə yenilmiş “ağ-qaralar” həlledici oyuna vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır. Qonaq komandanı isə heç-heçə də qane edir.

 

Digər yarımfinal matçında isə “Qəbələ” “Səbail”in qonağı olacaq. Qarşılaşma aprelin 27-də gerçəkləşəcək.

 

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu

 

26 aprel

 

20:00. “Neftçi” - “Turan Tovuz”

 

Baş hakim: Fərid Hacıyev
İlk oyun - 0:1
Bakı, “Bakcell Arena”

 

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et