Modern.az

Goranboydan olan şəhid ailələri Həccə göndərilir - FOTOLAR

Goranboydan olan şəhid ailələri Həccə göndərilir - FOTOLAR

Aktual

26 Aprel 2023, 10:56

Milli Məclisin deputatı Ağalar Vəliyevin  təşəbbüsü və dəstəyi ilə bu il Həcc ziyarətinə göndəriləcək Goranboy rayonundan olan şəhid ailələri ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra  başçısı Məhərrəm Quliyev,  deputat  Ağalar Vəliyev, bir qrup ağsaqqal və ziyalılar  iştirak edib. 

 

Prezident cənab İlham Əliyev:  “Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil.”

 

Tədbirdə qeyd edildi ki, Dövlət Başçısının vurğuladığı kimi, dini dəyərlərə milli dəyərlərin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Qədim milli və  dini ənənələrə sahib olan Azərbaycan xalqı daim onları qoruyub yaşatmışdır. Milli və dini dəyərlər sayəsində Azərbaycan xalqı bu günədək özünəməxsusluğunu, eləcə də, milli dövlətçiliyini hifz edib. Həqiqətən də, xalqın dini mənsubiyyətindən irəli gələn dünyagörüşü, bəzi dini mərasimlər əsrlər boyunca milli şüurda, məişət həyatında, adət-ənənələrimizdə, maddi və mənəvi xalq yaradıcılığında dərin iz salaraq mədəniyyətimizin ayrılmaz parçasına çevrilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et