Modern.az

Prezident gömrüklə bağlı fərman İMZALADI

Prezident gömrüklə bağlı fərman İMZALADI

Aktual

27 Aprel 2023, 16:32

Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarını həyata keçirməlidir.

 

Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et