Modern.az

Hərbçilərimiz “Anadolu Qartalı” təlimində - VİDEO

Hərbçilərimiz “Anadolu Qartalı” təlimində - VİDEO

Aktual

27 Aprel 2023, 16:42

Aprelin 27-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər təqdim olunub.

 

Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

 

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et