Modern.az

Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq

Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq

Aktual

29 Aprel 2023, 14:17

Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

 

Dövlət başçısı deyib: “Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və “Bayraktar” mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et