Modern.az

Özünü buraxan partiyaların sayı 17-ə ÇATDI

Özünü buraxan partiyaların sayı 17-ə ÇATDI

Aktual

29 Aprel 2023, 22:19

Azərbaycanda daha bir partiya fəaliyyətinə son verib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Tərəqqi Partiyası fəaliyyətini dayandırması barədə bəyanat yayıb.

 

1999-cu ildə yaradılan partiya 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyaya Vilayət Həsənov rəhbərlik edirdi.

 

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 17-yə çatıb. Belə ki, Vahid Azərbaycan Milli Birlik Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et