Modern.az

BSU-da beynəlxalq elmi konfrans keçiriləcək

BSU-da beynəlxalq elmi konfrans keçiriləcək

Aktual

1 May 2023, 13:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr sərəncamından və “Tədbirlər planın”dan irəli gələn vəzifələrə uyğun olaraq, Bakı Slavyan Universiteti silsilə tədbirlər təşkil edir.

 

Modern.az xəbər verir ki, tədbirlər çərçivəsində 04-05 may 2023-cü il tarixlərində “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

 

Beynəlxalq elmi konfransda dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elmi tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

 

Konfransda 14 bölmədə 552 məruzə dinləniləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et