Modern.az

İşə velosipedlə gedənlərə əlavə pul veriləcək

İşə velosipedlə gedənlərə əlavə pul veriləcək

Aktual

2 May 2023, 00:55

Belçikada işəgötürənlərlə işçilər arasında razılaşma əsasında işə velosipedlə gedən şəxslərə əlavə müavinət veriləcək.

 

Modern.az xəbər verir ki, qərar Milli Əmək Şurası çərçivəsində qəbul edilib.

 

Qərara əsasən, işçilər mayın 1-dən etibarən işə velosipedlə getsələr, işəgötürənlər hər kilometrə görə onlara 0,27 avro ödəməli olacaq. Bu müavinət vergilərdən azad ediləcək.

 

Bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz. Beləliklə, işçilər velosiped sürdüklərinə görə gündə maksimum 10,8 avro ala biləcək.

 

Yeni qərar ilə ölkədə velosipeddən istifadənin daha da genişlənəcəyi gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et