Modern.az

Azərbaycana yeni minaaxtaran itlər gətirildi

Azərbaycana yeni minaaxtaran itlər gətirildi

Aktual

2 May 2023, 15:52

Azərbaycana yeni minaaxtaran itlər gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib.

 

“Son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün təlim keçmiş daha 5 it gətirilib”, - o qeyd edib.

 

Sədr bildirib ki, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur.

Twitter
Sizə yeni tvit var
Keçid et