Modern.az

"Azesteel Company" şirkətinə yeni sədr təyin edildi - FOTO

Aktual

8 May 2023, 10:16

"Azesteel Company" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Abdullayev Nəvahid İsmayıl oğlu şirkətin idarə heyətinin yeni sədri seçilib.

 

Modern.az xəbər verir ki, 41 yaşlı Nəvahid Abdullayev biznesin idarə olunması ixtisası üzrə ali təhsil alıb.

 

Biznes proseslərinin qurulması üzrə ekspert kimi tanınan Nəvahid Abdullayev bu təyinata qədər metal məmulatlarının istehsalı ilə məşğul olan bir neçə iri istehsalat müəssələrində rəhbər vəzifələr tutub.

 

Şirkətin yeni rəhbərinin son iş yeri Azərbaycanda metal məhsullarının topdan satışı ilə məşğul olan "Bığır Supply Company" MMC olub, o bu şirkətin direktoru vəzifəsində çalışıb. Qətər və Hindistanda 8 ilə yaxın iş təcrübəsi var.

 

Ailəlidir, üç övladı var. İngilis, rus dillərində sərbəst danışır.

Whatsapp
Bizə yazın!
Keçid et