Modern.az

Qadının çantasından oğurluq edən şəxs TUTULDU

Qadının çantasından oğurluq edən şəxs TUTULDU

Aktual

8 May 2023, 10:20

Mayın 5-də saat 8 radələrində metronun “Ulduz” stansiyasında bir qadının çantasından içərisində 1112 manatı, sənəd və bank kartları olan pul qabının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a DİN-dən bildirilib.

 

Qeyd edilib ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzimov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et