Modern.az

Ərdoğan ilk turda 52-53% səslə qalib gələcək - Çavuşoğlu

Ərdoğan ilk turda 52-53% səslə qalib gələcək - Çavuşoğlu

Aktual

8 May 2023, 21:34

Mayın 14-də keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan ilk turda 52-53% səslə qalib gələcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk"ə açıqlamasında deyib.

 

Çavuşoğlu xaricdə yaşayan türklərin səs verdiyi bəzi ölkələrdə seçki məntəqələrinə qarşı təxribatların PKK terror təşkilatının tərəfdarları tərəfindən həyata keçirildiyini bildirib.

 

Cəmiyyətin bütün təbəqələrindən xarici siyasətə marağın olduğunu deyən Çavuşoğlu seçkidən sonra yenidən nazir olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: 

 

"Həyatımda belə hesablamalar aparmamışam. Bir dəfə Avropa Şurası Parlament Assambleyasının sədrliyinə namizədliyimi irəli sürərkən hesablama aparmışdım. Sonra gördüm ki, biz orada heç vaxt sədr olmamışıq. O zaman gəlib baş nazirimizə (Rəcəb Tayyib Ərdoğan) dedim, o da "yaxşı ol" dedim və namizəd oldum".

Telegram
Hadisələri anında izləyin!
Keçid et