Modern.az

Rusiya vətəndaşı Bakıda xəstəxanadan qaçdı

Rusiya vətəndaşı Bakıda xəstəxanadan qaçdı

Aktual

9 May 2023, 09:46

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb.

 

Modern.az xəbərinə görə, hadisə mayın 8-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Rusiya Federasiyası vətəndaşı İsmayılov Firudin Əlibala oğlu saat 17 radələrində müalicə aldığı “Ağciyər Xəstəlikləri” İnstitutundan çıxıb naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et