Modern.az

Zakir Həsənov Türkiyədə səfərdədir - YENİLƏNİB

Zakir Həsənov Türkiyədə səfərdədir - YENİLƏNİB

Aktual

11 May 2023, 13:01

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edəcək.


Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir. 


"Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
 

***

11:01

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, nazir Konyada yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində türkiyəli həmkarı Hulusi Akarla “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.

 

Xatırladaq ki, təlimlər aprelin 27-də başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et