Modern.az

Əlavə təhsil növü üzrə sənəd qəbulu başladı

Əlavə təhsil növü üzrə sənəd qəbulu başladı

Aktual

11 May 2023, 14:35

Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesinə start verilib.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

 

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

 

Sənəd qəbulu prosesi 31 avqust 2023-cü il saat 18:00-da bitəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et