Modern.az

Goranboyda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Goranboyda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Aktual

11 May 2023, 14:49

Goranboy şəhəri Heydər Əliyev adına Parkda təşkil olunan mədəni-kütləvi yubiley tədbirində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun bütün rəhbər şəxsləri, xidmət sahələrinin və ictimai təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər, “N” saylı hərbi hissənin zabit və əsgər heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı goranboylular tərəfindən böyük coşğu ilə qarşılanıb.

 

Sonadək izdihamla müşayiət olunan konsert proqramında Dahi Şəxsiyyətə  həsr olunmuş şeirlər, Ümummilli Liderimizə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olundu, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr səsləndirildi. Konsert proqramının sonunda nümayiş etdirilən atəşfəşanlıq böyük maraqla izlənilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et