Modern.az

Oğlum bu gün evə gələcəkdi - Şəhid atası (VİDEO)

Oğlum bu gün evə gələcəkdi - Şəhid atası (VİDEO)

Aktual

11 May 2023, 18:05

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. 

 

Modern.az Baku TV-yə istinadən xəbər verir ki, şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə çətin də olsa oğlu barədə danışıb.

 

Şəhid atası bildirib ki, oğlu bu gün evə gəlməli imiş: “2 qız, 2 oğul idilər. Orxan ən balacaları idi. Ən çox istədiyim o idi... Bu gün gələcəkdi, dedi ki, sabah gələcək".

 

E.Novruzəlizadənin sözlərinə görə, həyat yoldaşı da bir müddət əvvəl vəfat edib, heç ili də çıxmayıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et