Modern.az

Ata oğlunun məzarı üstündə niyə intihar edib? - TƏFƏRRÜAT

Ata oğlunun məzarı üstündə niyə intihar edib? - TƏFƏRRÜAT

Aktual

12 May 2023, 10:10

Ötən gün Astarada intihar hadisəsi baş verib. Rayon sakini 1960-cı il təvəllüdlü İsbət Əliyev Həsin kənd qəbiristanlığında oğlu Əfqan Əliyevin məzarının yaxınlığında yerləşən ağacdan özünü asaraq öldürüb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, İsbat Əliyevin oğlu Ə.Əliyev keçən ilin noyabr ayında avtomobil qəzasına düşərək, faciəvi şəkildə həyatının itirib.


Övladının ölümündən sonra özünə qapanan İ.Əliyev yaxınları ilə söhbətində yaşamaq istəmədiyini bildirirmiş.

 

"İsbət Əliyev oğlunun vəfatından sonra yaşamağı özünə ar bildiyini, övladından yadigar qalan 2 oğlan nəvəsini görəndə vicdan əzabı çəkdiyini, artıq dözə bilmədiyini, ölmək istədiyini söyləyirdi", - mərhumun həmkəndliləri deyib.

 

Məlumata görə, İsbət Əliyev Şağlazüzə kənd məktəbində gözətçi işləyib. Onun 2 oğlu, 3 qızı olub. Övladlarından biri - Əfqan Əliyev yol qəzasında dünyasını dəyişib. 

 

Hazırda intihar faktı ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok