Modern.az

Bir gündə Rusiyanın 4 aviasiya vasitəsi VURULDU

Bir gündə Rusiyanın 4 aviasiya vasitəsi VURULDU

Aktual

13 May 2023, 17:26

Bu gün Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində bir helikopter və bir qırıcı qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, "Kommersant" qəzeti daha iki aviasiya vasitəsinin qəzaya uğradığını bildirib.

 

Qeyd olunub ki, vilayətdə iki Mi-8 helikopteri, Su-34 və Su-35 qırıcılarından ibarət aviasiya qrupu qəzaya uğrayıb.

 

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı, bir Su-35 qırıcısı və iki Mi-8 helikopteri, demək olar ki, eyni vaxtda Ukrayna ilə sərhəd yaxınlığında qəzaya uğrayıb. Pilotların hamısı ölüb.

 

Qəzet onların vurula biləcəyini qeyd edib. Hücum edənlər axtarılır. Bölgənin səlahiyyətliləri yalnız bir helikopterin qəzaya uğradığını təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et