Modern.az

Atasını öldürən gəncə cinayət işi AÇILDI

Atasını öldürən gəncə cinayət işi AÇILDI

Aktual

14 May 2023, 13:27

Mayın 13-ü Şəki rayon sakini 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Şəki rayon prokurorluğundan bildirilib.

 

Aparılmış araşdırmalarla 1998-ci il təvəllüdlü Katıf Gülməmmədlinin mayın 5-də aralarında yaranmış mübahisə zamanı atası İsmayıl Gülüyevi boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı mayın 14-də Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İbtidai istintaq davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et