Modern.az

Ərdoğan: Rəqibimizdən öndəyik - VİDEO

Ərdoğan: Rəqibimizdən öndəyik - VİDEO

Aktual

15 May 2023, 04:14

Ən yaxın rəqibimizdən 2,6 milyon səs öndəyik.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında çıxışı zamanı deyib.

 

O bildirib ki, Türkiyə 14 may seçkiləri ilə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu sübuta yetirib.

 

"İndiki mənzərə ilə Türkiyə Böyük Millət Məclisinə seçkilər Cümhur İttifaqının çoxluq qazanması ilə nəticələndi. Hazırda parlamentdə çoxluq Cümhur İttifaqındadır", - Ərdoğan deyib.

 

AKP lideri bu seçkilərin nəticələrinin ölkəyə və millətə uğurlar gətirəcəyinə ümidvar olduğunu söyləyib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et