Modern.az

Lənkəranda sahibkarlarla görüş keçiriləcək

Lənkəranda sahibkarlarla görüş keçiriləcək

Aktual

16 May 2023, 13:26

“Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Modern.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüş təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzində keçiriləcək. “Səyyar qəbul otağı” mayın 17-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. Təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et