Modern.az

Kılıçdaroğlunun təmiz siyasət aparmasını arzulayıram - Prezident

Kılıçdaroğlunun təmiz siyasət aparmasını arzulayıram - Prezident

Aktual

16 May 2023, 23:22

Seçkiləri sosial şəbəkələrdə əsən saxta küləklərlə yox, meydanlarda qazanacağıq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibəsində bildirib.

 

O vurğulayıb ki, müxalifət (CHP lideri Kamal Kılıçdaroğlunu nəzərdə tutur-red) terror təşkilatının uzantıları ilə əməkdaşlıq etməklə seçkidə qalib gələ bilməcəyini başa düşməlidir.

 

"İnsanlarımız terror təşkilatına səs vermirlər. Kılıçdaroğluna qarşıdakı 12 gündə təmiz siyasət aparmasını arzu edirəm”, - deyə Türkiyə lideri vurğulayıb.

 

Dövlət başçısı, həmçinin bildirib ki, Türkiyə xalqı ona xidmət edənlərə səs verəcək. "Hər zaman demişəm, yenə deyirəm, biz qalib gələndə bu ölkədə heç kim uduzmayacaq", - Ərdoğan qeyd edib.

Bu xəbər ilə bağlı
Ərdoğan seçki mitinqləri keçirməyəcək
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et