Modern.az

Avtobusda qadının çantasından min manat oğurlandı

Avtobusda qadının çantasından min manat oğurlandı

Aktual

17 May 2023, 10:40

Bakıda marşrut avtobusunda qadının cüzdanını oğurlayan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

 

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et