Modern.az

Masazırda evdən 30 min oğurlandı

Masazırda evdən 30 min oğurlandı

Aktual

17 May 2023, 10:24

Masazır qəsəbəsində evlərdən birində oğurluq olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a veriilən məlumata görə, mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30.000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et