Modern.az

“Tərtər işi”nə görə tutulan generalın vəzifəsi ona həvalə edildi - FOTO

“Tərtər işi”nə görə tutulan generalın vəzifəsi ona həvalə edildi - FOTO

17 May 2023, 12:50

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsinin icrası polkovnik Elşad Əbilova həvalə olunub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Elşad Əbilov İdarə rəisi vəzifəsinin icrasına başlayıb.

 

Xəbəri Müdafiə Nazirliyindən saytımıza təsdiq ediblər.

 

Məlumat üçün bildirək ki, sözügedən vəzifəni əvvəllər general-mayor Bəkir Orucov icra edib. O, "Tərtər işi"nə görə həbs edilərək məsuliyyətə cəlb olunub.

 

Fotoda: General-mayor Bəkir Orucov

 

Qeyd edək ki, polkovnik Elşad Əbilov Vətən müharibəsi iştirakçısıdır. 1983-1986-cı illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alan Azərbaycan Ordusunun polkovniki “Hərbi xidmətlərə görə”, “Ağdamın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

1245149

Fotolarda: Polkovnik Elşad Əbilov

Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov