Modern.az

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

Aktual

17 May 2023, 12:27

Azərbaycanda mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et