Modern.az

Xocavənddə partlayıcı vasitələr aşkarlandı

Xocavənddə partlayıcı vasitələr aşkarlandı

Aktual

19 May 2023, 12:56

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıcı vasitələr aşkar edilib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et