Modern.az

Ürək-damar xəstəlikləri çox cavanlaşıb - TƏBİB rəhbəri

Ürək-damar xəstəlikləri çox cavanlaşıb - TƏBİB rəhbəri

Aktual

20 May 2023, 12:42

Ürək-damar xəstəlikləri çox cavanlaşıb.

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib.

 

O bildirib ki, bu, TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciətlərdə özünü göstərir: "0-17 yaş arasında olanlardan həkim-kardioloqlara 2020-ci ildə 49 min, 2021-ci ildə 69 min, 2022-ci ildə isə 76109 nəfər müraciət edib. 18 və daha yuxarı yaş qrupunda olanlardan isə 2021-ci ildə 467 911 nəfər, 2021-ci ildə 491 678 nəfər, 2022-ci ildə isə 579 704 nəfər həkimə müraciət edib".

 

TƏBİB rəhbəri qeyd edib ki, hər il dünyada kardioloji xəstəliklər səbəbindən 18 milyon ölüm baş verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et