Modern.az

Trabzondan gələn heyət MÜSİAD-də - FOTOLAR

Trabzondan gələn heyət MÜSİAD-də - FOTOLAR

Aktual

20 May 2023, 15:40

Trabzon Ticarət və Sənayə Palatasının heyəti MÜSİAD Azərbaycan Dərnəyini ziyarət edib.

 

Modern.az xəbər verir ki, Trabzon Ticarət və Sənayə Palatası sədri Erkut Çelebi rəhbərliyindəki heyəti, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və üzvlərindən ibarət olan heyət qəbul edib.

 

Görüşdə iki qurumun fəaliyyətləri haqqında məlumat verilib, xüsusən səhiyyə sektoru dəyərləndirilib, səhiyyə turizmi başda olmaq üzrə Azərbaycandan Trabzona ən sərfəli və güvənli ortamda xəstə tranferləri mövzuları müzakirə edilib.


Növbəti iclasın Trabzonda baş tutmasına, yol xəritəsinin müəyyən edilməsinə, iki qurumun fərqli sektorlarda da iş birliyinin artırılması üçün periodik olaraq bir araya gəlinməsinə qərar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et