Modern.az

Azərbaycan nümayəndələri NATO PA-da iştirak edir 

Azərbaycan nümayəndələri NATO PA-da iştirak edir 

Aktual

20 May 2023, 19:37

Mayın 19-da Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, mayın 22-dək davam edəcək sessiyada alyansa üzv 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.

 

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda müzakirələr aparılır.

 

Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et