Modern.az

Azərbaycanda səsvermə BAŞA ÇATDI

Azərbaycanda səsvermə BAŞA ÇATDI

Aktual

22 May 2023, 23:50

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Bildirilir ki, Türkiyənin Bakıdakı səfirliyi, Naxçıvan və Gəncədəki baş konsulluqlarda 3 gün davam edən səsvermə yerli vaxtla saat 22:00-da yekunlaşıb.

 

Səsvermə başa çatdıqdan sonra seçki bülletenləri və zərflər seçki qutularına qoyulub, seçki qutuları komissiya üzvlərinin və müşahidəçilərin nəzarəti altında möhürlənib.

 

Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla, ümumilikdə 15 seçki qutusunda səs veriblər. Bakı səfirliyində 7417, Gəncə konsulluğunda 2277, Naxçıvan konsulluğunda isə 1349 seçici qeydiyyatdadır. Azərbaycanda ümumilikdə 11 min 43 Türkiyə vətəndaşı səs vermək hüququna malikdir.

 

Qeyd edək ki, seçkilərin ilk turunda Azərbaycandakı seçicilərin 60,26 faizi iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et