Modern.az

Qarabağda ən çox bu kənd minalanıb

Qarabağda ən çox bu kənd minalanıb

Aktual

23 May 2023, 13:26

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib”.

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Agentlik tərəfindən həmin ərazidə bir aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib:

 

"Təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 85 ədədi tank əleyhinə mina, 36-sı isə piyada əleyhinə minadır. Agentlik tərəfindən bundan sonra da aparılacaq qazıntı işlərinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti ərazilərin minalardan təmizlənməsi işləri davam etdiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et