Modern.az

Novruz Aslanov seşiciləri ilə onlayn qəbul keçirib - FOTOLAR

Novruz Aslanov seşiciləri ilə onlayn qəbul keçirib - FOTOLAR

Aktual

25 May 2023, 11:56

May ayının 25-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.

 

Modern.az xəbər verir ki, videoformatda keçirilən qəbul millət vəkilinin İsmayıllı rayonunda yerləşən ofisində seçicilərlə canlı görüntü vasitəsilə baş tutub. Belə ki, ofisdə bu videoformat üçün bütün lazımi şərait yaradılıb.

 

Millət vəkilinə edilən müraciətlərin hamısı qeydiyyata alınıb. Sakinləri maraqlandıran məsələlərə dair müzakirələr aparılıb. Sosial müdafiə sahəsinə aid olan məsələlər barədə müraciət edən sakinlərə müvafiq prosedur qaydaları barədə məlumatlar verilib, digər məsələlərin aidiyyəti qurumlara yönəldiləcəyi bildirilib. Şəxsi məişət problemləri də müraciətlər sırasında olub. Ehtiyacı olan ailələrə ənənəvi olaraq müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.

 

Novruz Aslanov seşiciləri ilə onlayn qəbul keçirib - FOTOLAR

Novruz Aslanov seşiciləri ilə onlayn qəbul keçirib - FOTOLARNovruz Aslanov seşiciləri ilə onlayn qəbul keçirib - FOTOLAR

 

Twitter
Sizə yeni tvit var
Keçid et