SSRİ-nin baş katibi olmuş Leonid Brejnev Kiyevin fəxri vətəndaşı titulundan məhrum edilib.
Modern.az xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.
Məlumata görə, Kiyev Şurasının deputatları Brejnevin titulunun geri alınmasına səs veriblər.
Qeyd edək ki, Brejnev Kiyevin fəxri vətəndaşı titulunu alan ilk şəxs olub. O, 1943-cü ildə şəhərin azad edilməsində iştirak edib.