Modern.az

13 yaşlı qızı qaçıran şəxsin həbsinə qərar verildi - YENİLƏNİB

13 yaşlı qızı qaçıran şəxsin həbsinə qərar verildi - YENİLƏNİB

Aktual

25 May 2023, 18:10

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən Səfər Kavazovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Xaçmaz Rayon Məhkəməsində çıxarılıb.

 

Belə ki, məhkəmə S.Kavazovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.

 

Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb.

 

***

17:14

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən Səfər Kavazov Xaçmaz Rayon Məhkəməsinə gətirilib.

 

Modern.az xəbər verir ki, bu gün onun barəsində istintaq orqanının təqdimatına baxılacaq.

 

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə həyatı qurmaq məqsədilə Xaçmaz rayonuna getdiyi məlum olub.

 

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et