Modern.az

Baş nazir müavinləri nələri müzakirə edəcək?

Baş nazir müavinləri nələri müzakirə edəcək?

Aktual

26 May 2023, 00:26

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri arasında görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş zamanı Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

 

"Biz indi razılaşdıq ki, bir həftə sonra baş nazirin müavinləri görüşəcəklər", - Putin bildirib.

 

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında texniki həll olunmamış məsələlərin qaldığını deyib. O bildirib ki, bunlar texniki, lakin çox vacib detallardır.

 

"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftə sonra Moskvada müzakirə edəcəyi suallardır", - deyə Overçuk qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu