Modern.az

Gömrükdə gərginlik: Rüsum ödəmək istəmədilər, dava düşdü (VİDEO)

Gömrükdə gərginlik: Rüsum ödəmək istəmədilər, dava düşdü (VİDEO)

Aktual

28 May 2023, 00:14

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasında Dubay-Bakı aviareysi ilə gələn bir qrup şəxs kommersiya məqsədləri üçün nəzərdə tutulan malları sadələşdirilmiş qaydada gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirməyə cəhd göstəriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin şəxslərə gömrük qanunvericiliyinin tələblərini izah edib, gömrük rəsmiləşdirilməsinin və gömrük ödənişlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Gömrük əməkdaşları həmin şəxslərə məxsus irihəcmli baqajlara gömrük baxışının həyata keçirilməsi məhdudluğunu nəzərə alaraq və digər aviareyslərlə gələn baqajsız sərnişinlərə maneçilik yaratmamaq məqsədilə onlara qonşu inzibati binada gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün istiqamət veriblər.

 

Lakin həmin şəxslər gömrük əməkdaşlarının haqlı tələbinə məhəl qoymayaraq müxtəlif vasitələrlə gömrük orqanları haqqında mənfi ictimai rəy yaratmağa və bu yolla gömrük əməkdaşlarına təzyiq etməyə cəhd göstəriblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı