Modern.az

İlk tura nisbətən proses daha sürətli davam edir - Türkiyənin vitse-prezidenti

İlk tura nisbətən proses daha sürətli davam edir - Türkiyənin vitse-prezidenti

Aktual

28 May 2023, 14:03

"Bu gün Türkiyənin yerləşdiyi regionun və dünyanın sabitliyinə yenidən töhfə verə biləcəyi başlanğıc tarixidir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay mayın 28-də prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Vitse-prezident bildirib ki, arxayınlaşmaq olmaz:

 

“Xüsusi vurğuladığımız məsələlərdən biri də zəfər sərxoşluğudur. İlk tura nisbətən indi proses daha sürətli davam edir. Ümid edirəm ki, seçici fəallığı da yüksək olacaq”.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et