Modern.az

TÜRKPA Müşahidə Missiyası Türkiyədə seçkiləri izləyir - FOTOLAR

TÜRKPA Müşahidə Missiyası Türkiyədə seçkiləri izləyir - FOTOLAR

Aktual

28 May 2023, 16:52

28 May 2023 il prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün Türkiyədə səfərdə olan TÜRKPA Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhliman Əmiraslanov, Müşahidə Missiyasının üzvləri-Milli Məclisin deputatı Anar Məmmədov, Qırğızıstan və Qazaxıstan deputatları seçki günü müxtəlif seçki məntəqələrində olmuş, prosesin gedişini və vətəndaşların fəallığını izləyiblər.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et