Modern.az

Azərbaycanda 19 ilin rekordu təkrarlandı

Azərbaycanda 19 ilin rekordu təkrarlandı

Aktual

29 May 2023, 15:55

Azərbaycan Premyer Liqasının başa çatan 2022-2023-cü il mövsümündə 475 qol vurulub. 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabər olub.

 

Modern.az-a Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, son 19 mövsüm üçün rekord göstəricidir. 2004-2005-ci il mövsümündən indiyədək olan müddətdə belə məhsuldarlıq qeydə alınmayıb.

 

Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003-2004-cü il mövsümündə gerçəkləşib. Ümumilikdə 167 oyunda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.

 

Qeyd edək ki, 2021-2022-ci il mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et